PLASTİK QABLARIN TƏBİƏTƏ ZƏRƏRİ

20 may 2019-cu il tarixində 5-9-cu sinif şagirdlərinin iştirakı ilə "Plastik qabların təbiətə zərəri" mövzusunda tədbir keçirilmişdir. Məktəblilər plastik qabların zərərindən danışdılar. Belə ki, plastik qabların tərkibindəki mürəkkəb kimyəvi maddələr olan A-bisfenolu, polivinilxlorid günəş şüası ilə təmasda olduqda zərərli maddələrə çevrilir. Bu da insan orqanizmində bədxassəli şişin yaranmasına səbəb olur. Plastik qabların, sellafon paketlərin lazımsız tullantıları ətrafı çirklədir, bitkilərə,heyvanlara ziyan verir. Bu maddələrin təbiətdə yox olması üçün 400-500 il lazımdır. Şagirdlər "Plastik qablara yox deyək, təbiətimizi xilas edək" şüarı altında tədbiri yekunlaşdırıblar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi