DƏYİRMİ MASA
08.05.19 tarixində 5d sinfi ile Şuşanın işğalının 27-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tarix müəllimi Eyvazova Leyli Şuşanın işğalının Azərbaycan xalqının şüuruna endirilən böyük zərbə, bağrımızı qan edən fəlakət olduğunu qeyd etmişdir. Dəyirmi masada direktor müavini Vəfa Əhmədova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Əsayeva Tutu , riyaziyyat müəllimi Mirabdullayeva Dürdanə müəllimə Şuşa və digər işğal edilmiş rayonlarımız haqda çıxış etmiş ve tezliklə işğal edilmiş rayonların azad ediləcyin ümidvar olduqlarını bildirmişlər. Dəyirmi masada 5d sinif şagirdləri Şuşa haqqında şeirlər, hekaylər və musiqilər səsləndirmişdirlər.