Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş idman yarışları

    10 aprel 2019-cu il tarixində ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş idman yarışı keçirilmişdir. Yarışda məktəbimizin ölkədaxili və beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etmiş şagirdləri iştirak etmişlər. Tədbirdə "Odlar yurdu" rəqs ansambılının balaca fidanları "Naxçıvani" və "Şirin, şipşirin" rəqsi ilə idmançıları salamladırlar, 4-cü sinif şagirdləri ulu öndərə həsr edilmiş "Sənin yerin görünəcək" adlı şeir söylədilər. Bundan başqa, karate, şahmat,voleybol,futbol idman növləri üzrə maraqlı yarışlar keçirilmişdir. Sonda ulu ödər Heydər Əliyevin və onun layiqli davamçısı prezident İlham Əliyevin idmana və idmançılara göstərdikləri diqqətin çox gözəl nəticələr verdiyini vurğulayan məktəbin direktoru Bayaz xanım Novruzova idmançılarımıza bu şərəfli yolda uğurlar arzuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi