SİNİF RƏHBƏRLƏRİNİN SEMİNARI
1 may 2019-cu il tarixində məktəbdə sinif rəhbərlərinin iştirakı ilə növbəti seminar keçirildi. Seminarda əsasən sinif rəhbərləri ilə siniflərində olan üzürlü səbəb olmadan təhsildən yayınan şagirdlər, eləcə də sosiallaşmasında, psixoloji durumunda, valideynlərini itirmiş, boşanmış ailədən olan, çətin tərbiyə olunan, pis vərdişlərə meyilli şagirdlər haqqında, onların aşkara çıxarılması reabilitasiyası haqqında geniş müzakirələr aparılmışdır.