OLİMPİADA FİNALÇILARI

2019-cu tədris ilində Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilmişdir. Məktəbimizin 10c sinif şagirdi Quliyeva Sevinc Natiq qızı coğrafiya, 11c sinif şagirdi Abdullayev Murad Hikmət oğlu coğrafiya, 11a sinif şagirdi Osmanzadə Nərmin Asim qızı biologiya, 11b sinif şagirdi Fətullayeva Gülnarə Samir qızı Azərbaycan dili və ədəbiyyatı fənni üzrə final mərhələsinə vəsiqə qazanmışlar. Bundan əlavə, 11b sinif şagirdi İmanzadə İnci Şaiq qızı 20 aprel 2019-cu il tarixində Bakı şəhəri ADA Universitetinin təşkil etdiyi Akademik məqsədlər üçün IV ingilis dili olimpiadasında akademik səviyyədə maksimum bal toplayaraq növbəti həlledici tura vəsiqə qazanmışdır.

21 aprel 2019-cu il tarixində keçirilmiş  Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində məktəbimizin 6 və 7-ci sinif şagirdləri iştirak etmişlər. Müsabiqənin nəticəsi olaraq 6b sinif şagirdi Şəbiyeva Sədaqət 95 bal toplayaraq Binəqədi rayonu üzrə I yeri, 7c sinif şagirdi Ramazanov Famil 86 bal toplayaraq Binəqədi rayonu üzrə II yeri, 7c sinif şagirdi Hüseynov Hüseyn 85 bal toplayaraq Binəqədi rayonu üzrə V yeri qazanmışlar.

Bu münasibətlə şagirdlərimiz təbrik edir, onlara növbəti mərhələlərdə və yarışmalarda uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi