“Bəşərin bəlası”
04.03.2016-cı il tarixində Q.Baxşıyev adına 179 saylı tam orta məktəbin Xb sinfində “Bəşərin bəlası” mövzusunda tədbir keçirildi. Tədbirdə təşkilat işləri üzrə direktor müavini, kitabxanaçılar, biologiya müəllimləri və psixoloq iştirak edirdilər. İlk öncə tədbirdə “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu mətni oxundu və onun mahiyyəti izah edildi. Narkotiklərdən, alkoqoldan və digər həyat üçün təhlükə yaradan asılılıqlardan imtina edərək sağlam həyat tərzi yaşamağın sağlamlıq üçün zəruri olması xüsusilə vurğulandı. Narkomaniyaya qarşı birlikdə mübarizə aparmağın vacib olduğu qənaətinə gəlindi. Mövzu ətrafında müxtəlif plakatlar, kitablar nümayiş olundu. Çıxış edən müəllimlər, şagirdlər son olaraq narkomaniya bəlasından xilas olmaq üçün məktəblə valideynlərin əməkdaşlığının daha önəmli olmasını vacib sayaraq tədbirə yekun vurdular və tövsiyə olundu ki, belə tədbirlərin sayının artırılması ümumi işin xeyrinə olar.