“Hər şey vətən üçün” xeyriyyə aksiyası.

Martın 4-də Binəqədi rayon 179 saylı tam orta məktəbdə “Hər şey vətən üçün” devizi altında xeyriyyə aksiyası keçirildi.Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, müəllimlər, məktəblilər və valideynlər iştirak etdilər. Aksiyanın keçirilməsində əsas məqsəd məktəblilərdə vətənpərvərlik ruhunu aşılamaq idi.Məktəbimizin və Binəqədi qəsəbə bələdiyyəsinin dəstəyi ilə məktəbin həyətində “Hər şey vətən üçün” xeyriyyə yarmarkasında 36 ibtidai sinifi iştirak etdi, şagird və valideynlərin hazırladıqları əl işləri satışa çıxarıldı.Yarmarkada daha çox fərqlənən 3 sinif fəxri fərmanla təltif edildi. Əldə olunan vəsait Silahlı Qüvvələrə Yardım Fonduna köçürüldü.Aksiya başlamazdan əvvəl məktəblilərin ifasında vətənpərvərliyi tərənnüm edən musiqi parçaları səsləndirildi, milli adət-ənənələrimizi əks etdirən rəqslər nümayiş etdirildi.Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva milliliyimizi, adət-ənənələrimizi özündə əks etdirən aksiyanın keçirilməsinin ən mühüm tərəfinin əldə olunan vəsaitlərin vətənimizin keşiyində dayanan Silahlı Qüvvələrimiz üçün yaradılmış fonda köçürülməsinin olduğunu qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi