TƏKİ VƏTƏN SAĞ OLSUN !
9 aprel 2019-cu il tarixində Aprel döyüşlərinin 3-cü ildönümünə həsr edilmiş "Təki Vətən sağ olsun!" adlı tədbir keçirilmişdir. Tədbirdə Q.Baxşıyev adına 179 nömrəli məktəbin məzunu şəhid Fəxrəddin Qurbanlının və Binəqədi rayonu 182 nömrəli məktəbin məzunu şəhid Emin Bağırovun ailə üzvləri, Binəqədi rayon Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin sədri İlham Qaibzadə, Binəqədi qəsəbə Bələdiyyə sədri Aytac Əliyeva, məktəb rəhbərliyi,şagird və müəllim kollektivi iştirak etmişdir.
Qəsəbə Bələdiyyə sədri Aytac Əliyeva öz çıxışında Binəqədi rayon İcra Hakimiyyətinin və Binəqədi Qəsəbə Bələdiyyəsinin təşəbbüsü ilə , Bakı şəhəri İcra Hakimiyyəti başçısının qərarına əsasən qəsəbənin iki küçəsinə aprel şəhidləri Fəxrəddin Qurbanlı və Emin Bağırovun adlarının verildiyini bildirdi.
Eyni zamanda məktəbin direktoru Bayaz xanım Novruzova da öz çıxışında məktəbin ən nümunəvi iki sinfinə hımin şəhidlərin adlarının verildiyini qeyd etdi.
Tədbirdə məktəbin tarix müəllimi Abdullayeva Familə Aprel döyüşləri haqqında çıxış edərək geniş məlumat verdi. Şagirdlər isə bədii kompozisiya nümunələri ilə təqdimatlar etdilər.