8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ

07.03.2019-cu il tarixində məktəbin akt zalında tərbiyə işləri üzrə direktor  müavini Məhərrəmova Afaq və rus ədəbiyyatı müəllimi Tağıyeva Zabitənin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirildi. Məktəbin 5,7 və 9-cu sinif şagirdləri qadınlara hərs olunmuş mahnılar, şeir kompozisiyaları, müxtəlif rəqslər, videoçarxlar və yumoristik tamaşalarla çıxış etdilər. Sonda məktəbin direktoru Bayaz xanım Novruzova çıxış edərək bütün qadınları bayram münasibəti ilə təbrik etdi, gənc nəslin təlim-tərbiyəsində uzun illər zəhmət çəkmiş müəllim və texniki işçiləri fəxri fərmanlarla mükafatlandırdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi