VALİDEYNİN MƏKTƏBDƏ BİR GÜNÜ
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2018/2019-cu tədris ili ərzində iki dəfə olmaqla 11-22 fevral və 20-31 may tarixləri ərzində Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrində "Valideynin məktəbdə bir günü" layihəsinin həyata keçirilməsi haqqındakı əmrini əsas tutaraq, 19.02.2019-cu il tarixində məktəbimizdə "Valideynin məktəbdə bir günü" adlı tədbir keçirildi. Tədbir layihənin planını əsas götürərək ona uyğun şəkildə həyata keçirilmişdir. Tədbir zamanı valideynlər məktəb kitabxanası, yeməkxanası, sinif otaqları, akt zalı, idman zalı, laboratoriyalar, ümumi olaraq məktəb mühiti ilə yaxından tanış olduqdan sonra məktəb kitabxanasında valideynlər üçün seminar keçirilmişdir. Seminarda məktəbin direktoru Novruzova Bayaz xanım çıxış edərək bildirdi ki, müasir məktəb şəxsiyyətin yalnız formal təhsil alması üçün deyil, həm də hərtərəfli inkişaf etməsi üçün yaradılmış mühitdir. Sonda valideynlər məktəbin akt zalında onlar üçün təşkil olunmuş konsert proqramını izlədilər. Məktəbin ictimai işlərində fəal iştirak edən şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olundular.