Mənim ana dilim, mənim kimliyim

19.02.16-cı il tarixdə 179 saylı tam orta məktəbdə 21 Fevral – Beynəlxalq Ana dili gününə həsr edilmiş “Mənim ana dilim, mənim kimliyim” adlı tədbir keçirildi. Körpəsinə lay-lay çalan “Ana” səhnəsi ilə başlanan tədbir Ana dilmizin qədimliyini, səlisliyini, rəvanlığını, ahəngini və musiqililiyini tərənnüm edən səhnəciklər, mahnılar və şeirlərlə davam etdirildi. Səhnə quruluşunda isə milli beşiyimiz, milli musiqi alətləri olan tar, kaman, saz, qaval və milli kəlağayılar xüsusi məna və gözəllik verirdi. Şagirdlər X.R.Ulutürkün, T.Bayramın, B.Vahabzadənin ana dilinə yazdıqları şeirləri də böyük məharətlə ifa etdilər. Tədbirin təşkilatçısı məktəbimizin ibtidai sinif müəllimi Nüşabə Xələfova öz şagirdlərində elə I sinifdən başlayaraq öz Ana dilini sevmək və onu həmişə uca tutmaq kimi gözəl keyfiyyətlər aşılamağa çalışmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi