QARA YANVAR- YADDAŞ, TARİX, GƏLƏCƏK.

              14.01.2019-cu il tarixində  silsilə tədbirlərin davamı olaraq 20 Yanvar  faciəsinin 29-cu ildönümünü qeyd etmək məqsədi ilə məktəb  kitabxanasının oxu zalında “Qara Yanvar – yaddaş, tarix, gələcək” mövzusunda “dəyirmi masa” keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Kitabxanaçıların təşkil etdiyi tədbirdə iştirak edən tarix, Azərbaycan dili və ədəbiyyatı  müəllimləri, uşaq birliyi rəhbəri, təşkilat işləri  üzrə  direktor müavini və 9-11 siniflərinin fəal şagirdləri 20 Yanvar tarixini elmi, ictimai və mənəvi nöqteyi-nəzərdən müzakirə etdilər. Tarix müəllimi Rüstəmli Fəridə həmin faciəvi günlə bağlı xatirələrindən danışaraq, 20 Yanvar hadisələrini Azərbaycan xalqının həyatında dönüş nöqtəsi kimi səciyyələndirdi. Məhz bu hadisə ilə sovet dövrünün süqutunun başlandığı diqqətə çatdırıldı.Kitabxanaçı Əliyeva İradə Qara Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi, həlak olanların isə bu azadlıq hərəkatının qurbanları olduğunu bildirdi. “Dəyirmi masa”da 20 Yanvar faciəsi müxtəlif aspektlərdən araşdırılıb, hadisələrin Azərbaycan xalqının müstəqilliyi, eləcə də regionda gedən qlobal proseslər və geosiyasi dəyişikliklər baxımından önəminə dair müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi