HİKMƏTİN FƏZİLƏTİ

            Məktəb  kitabxanasının  təşəbbüsü  ilə  əsər  müzakirələri  davam  edir.Belə ki, 09.01.2019-cu il  tarixində  kitabxanaçılar  Salamova Kəmalə, Əliyeva  İradə  və məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi  Söhbətova  Könül,  məktəb kitabxanasının  oxu zalında  7d sinif şagirdləri ilə görkəmli  Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və tərcüməçisi A.A.Bakıxanovun  həyat və yaradıcılığına  müraciət  edərək  “Hikmətin  fəziləti” əsərini   müzakirə və təhlil  etdilər. Tədbirin  əvvəlində  görkəmli  ədib A.A.Bakıxanovun  həyat və yaradıcılığı haqqında  geniş  məlumat  verildi. Əsərin müzakirəsində   fəal  iştirak  edən  şagirdlər  əsərdən parçalar söylədilər, kiçik  mənzum  hekayəni  səhnələşdirilmiş  formada  təqdim  etdilər. Sonda  iştrakçılar     fikirlərini  söyləyərək  bildirdilər  ki,   belə  ibrətamiz əsərlər kiçik yaşlı  uşaqların tərbiyəsində  böyük rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi