MƏHƏMMƏD FÜZULİ YARADICILIĞI
04.01.2019-cu il tarixində məktəb kitabxanasının oxu zalında dahi sənətkar, Azərbaycan-türk şerinin tacidarı Məhəmməd Füzulinin yaratdığı əsərlərin müzakirəsi keçirildi.Tədbir 8 a sinfinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mirzəyeva Rəşidə və məktəb kitabxanaçıları Salamova Kəmalə və Əliyeva İradə tərəfindən təşkil olunmuşdu. Müzakirədə Füzulinin həyatı və yaradıcılığı haqqında geniş məlumat verilərək əsərləri təhlil olundu. Şairin “Leyli və Məcnun” poeması daha çox müzakirəyə səbəb oldu.Şagirdlər poemadan parçalar söyləyərək dialoqlar qurdular , eyni zamanda əsərdəki surətləri təhlil etdilər. Şagirdlərin ifasında səsləndirilən qəzəllər musiqi ilə müşaiyət olunaraq hamının xoşuna gəldi.Bütün dövrlərdə öz aktuallığını itirməyən dahi Azərbaycan şairi, ölməz Məhəmməd Füzuli şagirdlər tərəfindən bir daha yad edildi.