HƏR BİRİMİZ BU VƏTƏNİN ZƏRRƏSİYİK
24.12.2018-ci il tarixində Binəqədi rayonu 179 N-li tam orta məktəbin "Poeziya yarpaqları" ədəbiyyat dərnəyi və tarix müəllimi Fəridə Rüstəmlinin birgə təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş "Hər birimiz bu vətənin zərrəsiyik" adlı tədbir keçirildi. Tədbir rəsmi və bədii hissədən ibarət idi. Rəsmi hissədə dövlətçiliyimizin tarixindən söz açan F.Rüstəmli Cənab Prezidenti ad günü münasibəti ilə təbrik etdi . Sonra isə ulu öndərimizin layiqli davamçısının həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu. Bədii hissədə isə dərnək rəhbəri Pakizə Seyidovanın təşəbbüsü ilə yeni yaradılan "Odlar Yurdu" musiqi kollektivinin və istedadlı dərnək üzvlərinin iştirakı ilə konsert proqramı məktəbin şagird və müəllim kollektivinə təqdim olundu. Sonda təbrik üçün söz alan məktəb direktoru B.Novruzova məktəbin şagird və müəllim kollektivini qarşıdan gələn həmrəylik günü və yeni il münasibəti ilə təbrik etdi,məktəbin ictimai-mədəni həyatında fərqlənən şagirdləri fəxri fərmanla təltif etdi.