AH, BU UZUN SEVDA YOLU

Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən məktəbimizdə silsilə tədbirlər davam edir. Məktəb kitabxanasının və məktəbin müəllimi Əmrahova Mehprənin təşkilatçılığı ilə 8ə sinif şagirdlərinin Akademik Milli Dram Teatrında  dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan   Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş “Ah, bu uzun sevda yolu“ adlı tale dramına baxış keçirilib.
Mədəniyyət Nazirliyi və Milli Dram Teatrının birgə təşkilatçılığı ilə təşkil edilən tamaşada MikayılMüşfiqin həyat və yaradıcılığından bəhs edilib. Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinə olması vurğulanıb. Tamaşa şagirdlərdə dərin təsüratlar oyatdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi