YENƏ O BAĞ OLAYDI

          2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin  anadan olmasının 110 illiyi tamam oldu.  Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.

           Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  bu il Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110-cu il dönümü Respublika səviyyəsində qeyd olunur.

13.12.1018-ci il tarixində məktəb kitabxanasının təşkilatçılığı ilə  ölməz şairimiz Mikayıl Müşfiqin 110 iilik yubileyinə həsr olunmuş “Yenə o bağ olaydı... “ adlı ədəbi bədii gecə keçirildi. Kitabxananın oxu zalında təşkil olunmuş tədbirdə 5 a, 8ə  və 9a sinif şagirdlərinin ifasında şerlər səsləndi, mahnılar oxundu. Müşfiqin həyatından yaradıcılığından geniş məlumat verən şagirdlər sonda kiçik bir səhnəylə  Müşfiqli günləri tamaşaçılara bir daha yaşatdı. Tədbir boyunca Mikayıl Müşviqin şeirlərinə həsr olunmş mahnılar səsləndi, slaydlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi