Ədəbiyyat biliciləri müsabiqəsi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin”Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşması ilə bağlı tədbirlər barədə “ 2014-cü il 16 dekabr tarixli 1279 nömrəli əmrinə uyğun olaraq, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsi məqsədi ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi. Müsabiqə 3 turdan ibarətdir.
I-ci mərhələ - Məktəb mərhələsi
II-ci mərhələ - Rayon(şəhər) mərhələsi
III-cü mərhələ - Ölkə mərhələsi
06.12.18-ci il tarixində məktəbimizdə 8 – 11 siniflər arasında, müsabiqənin I-ci mərhələsini keçirilmişdir. Bu mərhələ bədii əsər oxumağa meyil və maraq göstərən, Azərbaycan və Dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlərin aşkara çıxarılmasına həsr edilir. Şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, baş qəhrəmanları, mənfi və müsbət obrazları) yazılı cavablandırdılar daha sonra ədəbiyyat müəllimlərinin suallarına dolğun şəkildə cavab verdilər.
Şagirdlərin cavabları məktəb direktorunun əmri ilə yaradılmış işçi qrupu tərəfindən təhlil olunaraq seçilən 9b sinif şagirdi İsmayılzadə Ləman, 8r sinif şagirdi Şıxzadayeva İlahə və 8a sinif şagirdi Məmmədova Fatimə keçiriləcək olan ikinci - rayon mərhələsinə vəsiqə qazandılar.
Şagirdlərimizə uğurlar arzulayırıq.