Pedaqoji şuranın növbəti iclası keçirildi
20.06.2018-ci ildə məktəbimizdə II yarımilin yekunu ilə bağlı növbəti pedaqoji şura iclası keçirildi. Şurada məktəbin direktoru Almaz İsmayılova II yarımillik ərzində görülən işlərdən söhbət açdı. Məruzələr ətrafında çıxışlar dinlənildi və müvafiq qərarlar qəbul edildi. Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Süsən Seyidova, Xalidə Xanəliyeva, Şəlalə Əkbərova, Vəfa Əhmədova II yarımilliyin hesabatını təqdim etdilər. Sinif jurnallarının işlənmə vəziyyəti, məktəbdənkənar və sinifdənxaric işlərin yerinə yetirilməsi, bu ilin “Təhsildə keyfiyyət ili” olması nəzərə alınaraq il ərzində görülən işlərin ümumi nəticələri müzakirə edildi və sinif üzrə keyfiyyət göstəricilərinin yüksək olduğuna görə riyaziyyat müəllimi Vəliyev Vəli, Azərbaycan dili və ədəbiyyat müəllimi Kərimova İradə, ibtidai sinif müəllimi Cavadova Telnaz"Fəxri Fərman"larla təltif edildilər. Məktəbin direktoru Almaz İsmayılova məktəbin ictimai işlərində fəal iştirak etdiklərinə görə, dərnək rəhbəri Seyidova Pakizəni və “Təhsildə keyfiyyət ili” ilə bağlı ən nümunəvi açıq dərs təqdim etdiklərinə görə, ingilis dili müəllimi Sayılova Nəzakət, ibtidai sinif müəllimi Seyidova Samirəni"Fəxri Fərman"larla təltif etdi. Sonda məktəbin direktoru Almaz İsmayılova öz fikir, təklif və iradlarını bildirdi.