“Hər birimiz bir çiçək” adlı tədbir
Məktəbimizdə Cümhuriyyətimizin 100 ili ilə bağlı sil-silə tədbirlər hələ də davam etməkdədir. Ib, IVç azərbaycan və Ip rus bölməsində “Hər birimiz bir çiçək” adlı tədbir keçirildi.Tədbirdə şagirdlər, müəllimlər və valideynlər iştirak edirdilər. Bayramın keçirilməsində əsas məqsəd şagirdlərə ana, vətən, torpaq məhəbbətini aşılamaq, onların qazandıqları bilik və bacarıqlara qiymət verməkdir. Keçirilən tədbirdə şagirdlər həm istedadlarını, həm də bir ildə qazandıqları bacarıqlarını nümayiş etdirdilər.Rəqslər, mahnı və şeirlər, rəngarəng səhnəciklər bir-birini əvəz edirdi. Daha sonra məktəbin direktoru Almaz xanım İsmayılova, çıxış edərək uşaqları Cümhuriyyətimizin 100 ili və qarşıdan gələn 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi, onlara vətəni, torpağı, xalqımızı, dilimizi, milli adət-ənənələrimizi, tariximizi öyrənməyi və onları sevdirməyi arzuladı.