“Cümhuriyyətimizin 100 ili” adlı tədbir

 

1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.Məktəbimizdə də bu tarixi günə həsr olunmuş silsilə tədbirlər davam etməkdədir. Azərbaycan dil və ədəbiyyat müəllimi Vəliyeva Səadət 26.05.2018-ci il tarixində “Cümhuriyyətimizin 100 ili” adlı tədbir keçirdi. Tədbirdə VIII sinif şagirdlərinin təqdimatında şeirlər söyləndi, mahnılar oxundu. Direktor Almaz xanım İsmayılova tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi və qeyd etdi ki Azərbaycanın Cümhuriyyətinin uğurlu gələcəyi, müstəqilliyimizin daimi olması böyüməkdə olan gəlcək nəsillərin əlindədir. Bunun üçün biz təhsilimizi, mədəniyyətimizi inkişaf etdirməli və tariximizi mükəmməl bilməliyik.Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi