“Bir kərə yüksələn bayraq...” adlı açıq dərs

“Cümhuriyyət ili” ilə əlaqədar olaraq növbəti açıq dərs kecirildi. Tarix  müəllimi Eyvazova Leylinin 5f sinfində Azərbaycan tarixi fənnindən “Bir kərə yüksələn bayraq...” adlı açıq dərsi dinlənildi. Dərsin məqsədi Azərbaycan Xalq Cümhuriyyəti haqqında şagirdlərə sadə bilikləri nümayiş etdirmək idi. Şagirdlər müəyyən olunmuş vaxt ərzində inşa, esse yazdılar. Qruplara bölünən şagirdlər mətndəki əsas fikrə uyğun fakt və hadisələri müəyyənləşdirdilər. Dərsin gedişi ərzində qiymətləndirilmə aparıldı. Sonda dərs ümummilli liderimiz Heydər Əliyevin “Bizim indiki müstəqil respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin varisidir, davamçısıdır. Müstəqilliyimiz isə daimi, sarsılmaz və əbədidir!” sözləri ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi