“Dövlətimiz və dövlət rəmzlərimiz” adlı açıq dərs

 

“Cümhuriyyət ili” ilə əlaqədar olaraq 24 may 2018 – ci il tarixində  ibtidai sinif müəllimi Seyidova Samirənin 2e sinfində həyat bilgisi dərsindən “Dövlətimiz və dövlət rəmzlərimiz” adlı açıq dərsi keçirildi. Dərsin məqsədi dövlətimiz, onun qayda-qanunları və atributları  haqqında fikirləri ifadə edərək suallara cavab vermək və şagirdləri maarifləndirmək idi. Qruplara bölünən şagirdlər müəyyən olunmuş vaxt ərzində verilmiş tapşırıqları yerinə yetirdilər.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün fəal təlim forma və üsullarından, elektron resurslardan məqsədəuyğun istifadə edən müəllim eyni zamanda bu ilin “Cümhuriyyət ili” olduğunu nəzərə alaraq  milli ordumuzla bağlı slaydfilm təqdim etdi. Sonda şagirdlər “Can Azərbaycan” mahnısını birlikdə ifa etdilər.  Məktəb rəhbərliyi, fənn müəllimləri dinlənilən dərsi təhlil edərək müvafiq tövsiyyələr verdilər.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi