“How can we travel” adlı açıq dərs
“Cümhuriyyət ili” ilə əlaqədar olaraq 22 may 2018 – ci il tarixində ingilis dili müəllimi Sayılova Nəzakətin 7r sinfində “How can we travel” adlı açıq dərsi keçirildi. Dərsin məqsədi səyahət qaydaları haqqında fikirləri ifadə edərək suallara cavab vermək və şagirdlərin səyahətlə bağlı oxuduqları mətnin əsas ideyasını müəyyən etmək idi. Qruplara bölünən şagirdlər müəyyən olunmuş vaxt ərzində “Azərbaycan turistlərin gözü ilə” adlı verilmiş tapşırığı yerinə yetirdilər.
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün fəal təlim forma və üsullarından, elektron resurslardan məqsədəuyğun istifadə edən müəllim eyni zamanda bu ilin “Cümhuriyyət ili” olduğunu nəzərə alaraq Azərbaycan haqqında qısa məlumat verdi və ölkəmizin səyahət üçün gözəl məkan olduğunu vurğuladı. Məktəb rəhbərliyi, fənn müəllimləri dinlənilən dərsi təhlil edərək müvafiq tövsiyyələr verdilər.