“Dünya Azərbaycan deyəcək” adlı şeir-qiraət müsabiqəsi
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar imperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)– müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarix, bu illər ərzində xalqın həyatının bütün sahələrində baş verən dirçəliş müasir müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı müstəqil dövlət quruculuğunun bərpasına aparan yol öz başlanğıcını əslində 1969-cu ildən-dahi rəhbərin hakimiyyətə gəldiyi vaxtdan götürmüşdü. Bu əlamətdar tarixi gün münasibəti ilə 21.05.2018-ci il tarixində məktəbimizdə III-IX siniflər arasında “Dünya Azərbaycan deyəcək” adlı şeir-qiraət müsabiqəsi keçirildi. Müsabiqədə vətənə, müstəqilliyə və cümhuriyyətə aid şeirlər səsləndi, kompozisiyalar təqdim olundu. IV sinif şagirdi Aşırov Rəhman sazın müşayiəti ilə “Azərbaycan” şeirini səsləndirdi. Sonda Cümhuriyyətin 100 illiyinə həsr edilmiş slaydfilm nümayiş etdirildi.