Yüksək bal toplayan şagirdimiz

04.02.2018-ci il tarixində Respublika üzrə keçirilən fənn olimpiadasında məktəbimizin 11 –ci sinif şagirdi Abdullayeva Nilufər tarix fənnindən ən yaxşı nəticə göstərərək respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanıb. Bundan əlavə şagirdimiz Novruz bayramı münasibəti ilə 16.03.2018-ci il tarixində Binəqədi Gənclər Evində keçirilmiş “Xəmsə” intellektual yarışmasında iştirak edərək II yerə layiq görülmüş və eyni zamanda “Mən Azərbaycanlıyam” intellektual yarışmasının da iştirakçısı olmuşdur. Uğurları bununla bitməyən fəal şagirdlərimizdən biri olan Nilufər bu il keçirilən ali məktəblərə qəbul imtahanında 695 bal toplayaraq yüksək nəticə göstərmişdir. Şagirdimizi təbrik edir, növbəti imtahanda hədəf seçdiyi 700 balı toplamasını və gələcəkdə uğurlarının davamlı olmasını arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi