Qəlblərdə yaşayan dahi!
Bu il Azərbaycanın görkəmli siyasi xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi tamam olur. Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. Bu günki müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşmüşdür.
Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaşsa bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülür. Böyük liderimizin xatirəsi hər zaman anılır və əziz tutulur.Bununla bağlı 08.05.2018-ci il tarixində məktəbimizdə “Qəlblərdə yaşayan dahi” adlı inşa-yazı müsabiqəsi keçirildi. Şagirdlər ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyəti və onun ölkəmizin müstəqilliyi, firavanlığı üçün gördüyü işlər barəsində öz fikirlərini ağ vərəqlərə köçürdülər.
Dahi liderimiz Heydər Əliyev hər zaman qəlbimizdə yaşayacaq!