Şuşasız 26 il
Mayın 8-də Dağlıq Qarabağda ən böyük azərbaycanlı yaşayış məntəqəsinin – Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının 26 ili tamam oldu. 1992-ci il mayın 8-də ermənilər Şuşanı işğal etməklə Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər. Azərbaycanın bölgədə mühüm strateji mövqeyi əldən verməsi sonrakı itkilərə zəmin yaratdı.Bu itki ilə Azərbaycan mədəniyyətinə də ağır zərbə dəydi. İşğal nəticəsində Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi talan edilmişdi.
Bununla bağlı bu gün məktəbimizdə rus dili və ədəbiyyatı müəllimi Tağıyeva Zabitə ilk dərs saatında şagirdlərə geniş məlumat verərək bu günü tariximizin qanlı səhifələrindən biri kimi daim xatırlamağın vacibliyini qeyd etdi.