Valideyn iclası

 5 may 2018 – ci il tarixində məktəbin IX sinifləri  Azərbaycan və rus bölmələri üzrə valideyn iclasları keçirildi. İclasın keçirilməsində əsas məqsəd şagirdlərin dərsə davamiyyəti, məktəbli kitabçalarının icrası vəziyyəti, məktəbdaxili qaydalara əməl edilməsi, aparılmış monitorinqlərin nəticələrinin müzakirəsi, qeyri – kafi qiymət alan şagirdlərin nəticələrinin yüksəldilməsi istiqamətində maarifləndirici söhbət aparmaq idi. Sinif rəhbərləri valideynləri şagirdlərin nəticələri ilə tanış etdilər və nailiyyətlər, problemlər, perspektivlər haqqında dolğun məlumat verərək humanitar, texniki-təbiət və texniki-riyaziyyat-iqtisadiyyat təmaüllü siniflər üzrə seçim etmələrinə yardımçı oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi