Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunmuş monitorinq
“Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı “Təhsil Nazirliyinin Fəaliyyət planı”nın 1.3.3 bəndini əsas tutaraq Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunmuş məktəbdə fənlərin tədrisi vəziyyətini yoxlamaq məqsədi ilə 25.04.2018-ci il tarixində məktəbimizin IX siniflərində rus və Azərbaycan bölmələri üzrə riyaziyyat və ingilis dili fənlərindən monitorinq keçirildi. Təşkilatçılar tərəfindən tərtib olunmuş test suallarını şagirdlər 1 saat ərzində cavablandırdılar. 10:30-da başlayan monitorinq 11:30-da yekunlaşdı və şagirdlərin yazı işləri imtahan rəhbərlərinə təhvil verildi.