Yazıçı Elxan Elatlı ilə görüş

Aprelin 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində “Oxu həftəsi”nə start verilib.

 “Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.

“Oxu Günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunur. Məktəbimizdə müəllim və şagird kollektivi arasında keçirilən sorğu əsasında məlum oldu ki, müasir yazarlar arasnda ən çox əsərlərinə müraciət olunan yazıçı Elxan Elatlıdır. Buna görə də biz “Oxu günü” münasibəti ilə məktəbimizdə 21.04.2018-ci il tarixində yazıçı ilə görüş təşkil etdik.Qonağı salamlayan direktor  Almaz xanım dəvətimizi qəbul edib gəldiyi üçün yazıçıya təşəkkürünü bildirdi və onun əsrlərinin gənclərdə kitab oxumağa, mütaliəyə maraq yararatdığının sevindirici hal olduğunu qeyd etdi.  Yazıçının görüşünə maraqla toplaşanlar balacaların ifasında onun şeirlərindən ibarət kompozisiyanı dinlədilər, həyat və yaradıcılığını əks etdirən slaydfilmləri izlədilər. Şagirdimizin ifasında yazıçının “Qisas gecəsi” romanının əsas qəhrəmanı olan Mübariz İbrahimovun obrazı canlandırıldı. Yazıçı oxucularının suallarını cavablandıraraq onları maraqlandıran məsələlərə aydınlıq gətirdi.Sonda görüşdən xeyli məmnun qalan oxucular oxuduqları kitabları müəllifə imzaladaraq onunla xatirə şəkilləri çəkdirdilər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi