Şəhidlər olməz!
03.04.2014-cü il tarixində Binəqədi rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun anım gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Aygün Əliyeva, RİH Başçısı Aparatının söbə müdirləri, Milli Qəhrəman Fərhad Hümbətovun anası Salatın Hümbətova, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov, Milli Qəhrəmanlar Mirzə Quliyev, Zabit Quliyev, İntiqam Atakişiyev, Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinin sədri Elşən Uluxanlı, Hüquq-mühafizə orqanlarının rəis müavinləri, Milli qəhrəmanın ailə üzvləri və rayon ictimaiyyəti iştirak etdi.Tədbir Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Milli Qəhrəman Fərhad Hümbətovun anası Salatın Hümbətova şəhid anası olmağın böyük bir qürur olduğunu bildirdi. Rəsmi hissəsi bitdikdən sonra tədbir bədii hissə ilə davam etdirildi.Bədii hissədə məktəbimizin III sinif şagirdi Əsgərova Aysu “Şəhidim” şeir kompozisiyası ilə çıxış etdi. Sonra tədbir iştirakçıları tərəfindən Milli qəhrəman Fərhad Hümbətovun abidəsi önünə gül dəstələri qoyuldu.