Aprel şəhidlərinin xatirəsi anıldı
Aprel döyüşləri və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Bir çox qeyrətli vətən oğullarımız bu döyüşlərdə qəhrəmancasına həlak oldular. Həlak olanlardan 48 nəfəri əsgər, 12-si Müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 12-si gizir, 22 nəfəri isə zabitdir.Bu gün məktəbimizdə Aprel Şəhidlərinin xatirəsi anıldı. Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayan tədbir tarix müəllimi Rüstəmli Fəridənin çıxışı ilə davam etdi. III sinif şagirdi Əsgərova Aysunun səsləndirdiyi “Şəhidim” şeiri hər kəsi kövrəltdi. Niftəliyev Rəfailin səsləndirdiyi “Bayraq” şeirinin sədaları altında “Şahinlər”komandamız üçrəngli bayrağımızı təqdim etdilər. Aprel döyüşlərində həlak olmuş məzun şəhidimiz Fəxrəddin Qurbanlının xatirəsi anıldı, şəkli önünə qərənfillər qoyuldu. Şəhidin atası Seyfəddin Qurbanlı çıxış edərək tədbirə toplaşanlara öz ürək sözlərini bildirdi.Tədbirdə qonaq qismində Hərbi Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin nümayəndələri kapitan Allahverdiyev Mahir, polkovnik-leytinant Əliyev Rövşən, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Əliyeva Aytac çıxış etdilər. Sonda direktor Almaz xanım İsmayılova çıxış edərək şəhidlərimizin xatirəsini həmişə uca tutmağın və vətəni qorumağın vacibliyini qeyd etdi.
Bu gun şəhid məzunumuz Fəxrəddin Qurbanlının şəhidlik zirvəsinə ucaldığı gündür. Bununla bağlı məktəbimizin müəllim və şagird kollektivi şəhidin məzarını ziyarət etdilər və qəbri üzərinə güllər qoydular, ruhuna dualar oxundu.Ruhun şad olsun, şəhidim!