“Vətənimin seyrinə çağırıram elləri!"

19 mart tarixində “Cümhuriyyət ili” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “Vətənimin seyrinə çağırıram elləri!" adlı festival keçirilmişdir.Keçirilən festivalda rayon rəhbərliyi, millət vəkilləri, Mərakeş, Latviya, Ruminiya, Özbəkistan, Misir, Fələstin, Türkmənistan Respublikasının səfirləri və səfirliklərinin nümayəndələri, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İlk öncə Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud bayram münasibəti ilə rayon sakinlərini və qonaqları təbrik edərək Bahar bayramında ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzulamışdır.

Respublikamızın zonaları üçün ayrılmış çadırlarda qonaqlara və sakinlərə bölgələrin müxtəlif mədəni, tarixi nümunələri, milli geyimləri, turizm potensialı və mətbəx nümunələri təqdim edilmişdir. Azərbaycanın çoxəsrlik maddi-mədəni irsini, qədim milli adət-ənənələrini özündə əks etdirən eksponatlar və milli mətbəx nümunələri rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olmuşdu.Məktəbimiz bu tədbirdə Naxçıvan Muxtar Respublikasını təmsil edirdi.Naxçıvanın qədimliyini özündə əks etdirən dekorasiya və milli yeməklər qonaqların marağına səbəb oldu. Şagirdlərimiz Naxçıvanın haqqında dolğun məlumatlar verməklə yanaşı həm də onun məşhur şəxsiyyətlərinin obrazlarını da canlandırdılar.O cümlədən, qonaqlara şagirdlərimizin ifasında Naxçıvan Yallı rəqs nümunələri göstərilmiş və qonaqlara Naxçıvanla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruzun gəlişi münasibətilə təşkil olunan“Vətənimin seyrinə çağırıram elləri!" festivalı sakinlər tərəfindən böyük maraqla qarşılanmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi