Yel çərşənbəsi iməcliyi
Bu gün yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.
Yel çərşənbəsinə el arasında “küləkli çərşənbə”, “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyilir. Bununla bağlı məktəbimizdə bir sıra ənənəvi tədbirlər görüldü. Müəllimlər ilk dərs saatlarını elimizin qədim Novruz adət-ənənələrinə həsr etdilər və şagirdləri geniş məlumatlandırdılar. Məktəbin həyətindəki ağacların dibləri yumşaldıldı və gövdələri ağardıldı. Siniflərdə də təmizlik işləri görüldü. Belə ki dibçək güllərinə qulluq edildi, pəncərələr silindi, rəflər səliqəyə salındı, partaların üstü silindi.Şagirdlər iməclikdə həvəslə iştirak etdilər.