8 mart bayramınız mübarək!

8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.

İlk Qadınlar Günü 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdur.Bütün ölkələrdə olduğu kimi bu bayram ölkəmizdə də qeyd olunur.

 Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.

Məktəbimizdə bu gün münasibətilə Məmmədova Yeganənin təşəbbüsü və təşkilatçılığı ilə tədbir keçirildi.8-ci sinif şagirdlərinin ifasında müxtəlif şeir kompozisiyaları, səhnəciklər və hind milli rəqsi təqdim olundu.Bundan əlavə şagidlər müxtəlif meyxanalar söylədilər.Şən və maraqlı keçən tədbirin sonunda məktəbimizin direktoru A.M.İsmayılova öz ürək sözlərini dedi və qadınlarımızı bayram münasibəti ilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi