And iç əsgər!

22 fevral 2018-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Mərkəzi Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımının 26-cı ildönümü”nə həsr edilmiş “And iç əsgər ” adlı tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun həyat yoldaşı, Xocalı sakini Şəkibə Novruzova, BRİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, rayon ictimaiyyətinin nümayəndələri, ASAN Könüllülər iştirak etdilər.Tədbir faciə qurbanların xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanıldı. Tədbirin aparıcısı Xocalı faciəsi haqqında məlumat verdi. Daha sonra çıxış üçün söz Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun həyat yoldaşı  Xocalı sakini Şəkibə Novruzovaya verildi. Şəkibə Novruzova həmin günlərin hər kəsin qəlbində və xatirələrində əbədi yaşayacağını söylədi.Sonda çıxış edən məktəblilər arasında məktəbimizin şagirdləri və  Binəqədi Mərkəzi Mədəniyyət evinin “Poeziya dərnəyi”nin ifasında Mətanət Ulu Şirvanlının əsərinin motivləri əsasında hazırlanmış  “And iç əsgər” kompozisiyası təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi