İfadə yazı
Məktəbimizdə Xocalı soyqırımı ilə bağlı keçirilən silsilə tədbirlər hələ də davam etməkdədir.Belə ki bu gün VII – IX siniflərdə” XX əsrin faciəsi” adlı ifadə yazı təşkil olundu. İfadənin mövzusu həmin gecə Xocalıda törədilmiş dəhşətlərin əks etdirilməsi, faciənin kimlər tərəfindən törədilməsi, qurbanları haqqında idi. İfadə yazının təşkilində məqsəd qanlı tariximizin yaşadılması, yad edilməsi və onun gələcək nəsillərin yaddaşına birdəfəlik həkk olunması idi.Bundan əlavə məktəbimizdə “Xocalını unutma” adlı bədii qiraət gecəsi təşkil olundu. Gecədə faciənin dəhşətlərini əks etdirən şeirlər səsləndirildi, monoloqlar söyləndi.