Beynəlxalq Ana Dili Günü

Azərbaycan dilini sevmək, onu təbliğ etmək hər bir vətəndaşın borcudur. Dilimizin, vətənimizin balacalara sevdirilməsində , yüksək səviyyədə təbliğində təhsil ocaqları əvəzsiz rol oynayır. Hər şagird ana dilinin müqəddəsliyni, onu qorumağın vacibliyini kiçik yaşlarından bilməlidir. Buna görə də məktəbimizdə hər il  21 fevral Beynəlxalq Ana Dili Günü il bağlı tədbir keçirilir. Məktəbimizin Ana dili və ədəbiyyat müəllimi Kərimova İradənin təşəbbüsü ilə IX siniflərdə ana dilimizlə bağlı söhbətlər apardı, şagirdlərə dilimizin gözəlliyindən, qədimliyindən, mənşəyindən onun zənginliyindən danışdı. İradə müəllimə şagirdlərə dilimizə sahib çıxmağı, onu hər yerdə uca tutmağı, qorumağı tövsiyyə etdi. Ana dili xalqımızın mənəvi sərvətidir və onu qorumaq hər bir azərbaycanlının borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi