Olimpiada
04.02.2018-ci il tarixində Respublika üzrə fənn olimpiadası keçirilib. Məktəbimizin müvafiq fənlər üzrə ən yaxşı nəticə göstərmiş 9 -cu sinif şagirdləri Məmmədova Gülnur riyaziyyatdan, Əkbərli Kənan coğrafiyadan, 10- cu sinif şagirdləri Osmanzadə Nərmin biologiyadan, Fətullayeva Gülnarə Azərbaycan dilindən, Rüstəmli İsmayıl tarixdən,11 –ci sinif şagirdləri Abdullayeva Nilufər tarixdən, İbrahimova Nərgiz və Qəhrəmanova Gülsüm coğrafiyadan respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanıblar. Olimpiadanın növbəti mərhələsində iştirak edəcək şagirdlərimizə uğurlar arzulayırıq.