Ekskursiya
Şagirdlərin dərsdənkənar vaxtlarının səmərəli keçirilməsi üçün məktəbimizdə mütəmadi olaraq işlər aparılır. Muzey, qoruq, sərgi və müxtəlif tarixi – etnoqrafik yerlərdə mütəmadi olaraq gəzintilər təşkil olunur.
11 fevral 2018-ci il tarixində məktəbin ingilis dili müəllimi Əmrahova Mehparənin təşkilatçılığı ilə 6 “Ç” və 7 “Ə” sinif şagirdləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan xalça muzeyində və Heydər Əliyev Mərkəzində oldular. Şagirdlər muzeylərdə qorunub saxlanan eksponatlarla yanaşı müxtəlif fondlarda vətən tarixmizi yaşadan maddi mədəniyyət nümunələri ilə, öz ilmələrində keçmişimizi əks etdirən qədim xalçalarla, nadir əl işləri ilə tanış oldular. Eyni zamanda şagirdlər müasir Bakının simvollarından biri hesab edilən, Azərbaycanın görkəmli dövlət xadimi, Ümumilli Liderin adını daşıyan Heydər Əliyev mərkəzi haqqında ətraflı məlumat alaraq oradakı muzeylə yaxından tanış oldular. Mərkəzdə təşkil olunmuş kukla sərgisi şagirdlərin böyük marağına səbəb oldu. Ekskursiya ərzində gördükləri eksponatlar, muzey əməkdaşları tərəfindən verilən məlumatlar şagirdlərin intellektual bilik səviyyəsinin artmasına yardımçı oldu.Azərbaycanın keçmişini və bu gününü əks etdirən maddi-mədəni tarixi irsi ilə tanış olan şagirdlər muzeylərdən xoş təəssüratlarla ayrıldılar.