Gənclər günü
Bu gün hər kəsə məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı.. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı.Bugünki Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi ilə xatırlayır. Bu gün ilə əlaqədar olaraq məktəbimizdə tədbir keçirildi. Tədbirdə məktəbin X-XI sinif şagirdləri iştirak etdi. Çıxış edən müəllimlər şagirdlərə gənclər gününün yaranması haqqında məlumat verdi və bayram münasibəti ilə onları təbrik etdilər. Tədbirin sonunda məktəbimizin direktoru 2 fevral “Azərbaycan Gənclər Günü” münasibəti ilə Binəqədi Rayon İcra Hakimiyyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında keçirilmiş “Xəmsə” Milli İntellektual Oyununda iştirak edərək III yerə layiq görülən komandamızın iştirakçılarını təbrik edərək, şagird kollektivinə nümunə göstərdi və onlarla xatirə şəkilləri çəkdirildi.