Pedaqoji şura
31.01.2018-ci ildə məktəbimizdə I yarımillin yekunu ilə bağlı cari tədris ilinin fəaliyyət planına uyğun olaraq I yarımilin yekunlarına həsr edilmiş növbəti pedaqoji şura iclası keçirildi. Şurada məktəbin direktoru Almaz İsmayılova I yarımillik ərzində görülən işlərdən söhbət açdı və II yarımildə qarşıda duran məsələlər, sinif jurnallarının işlənmə vəziyyəti, məktəbdənkənar və sinifdənxaric işlərin yerinə yetirilməsi, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsindən alınmış normativ sənədlərlə pedaqoji kollektivin üzvlərinin tanış edilməsi və s. istiqamətlər üzrə məruzələr edildi. Məruzələr ətrafında çıxışlar dinlənildi və müvafiq qərarlar qəbul edildi. Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Süsən Seyidova, Xalidə Xanəliyeva, Şəlalə Əkbərova, Vəfa Əhmədova və Xoşqədəm Bağırova I yarımilliyin hesabatını təqdim etdilər.
Məktəbin direktoru Almaz İsmayılova məktəbin ictimai işlərində fəal iştirak etdiklərinə görə tarix müəllimi Rüstəmova Fəridə, dərnək rəhbərləri Seyidova Pakizə və Məhərrəmova Afaqı "Fəxri Fərman"larla təltif etdiSonda məktəbin direktoru Almaz İsmayılova öz fikir, təklif və iradlarını bildirdi. Sonda direktor Almaz İsmayılova “Təhsildə keyfiyyət ili” çərçivəsində ümumi orta təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin səmərəliliyinin artırılması istiqamətində I yarımildə həyata keçirilən tədbirlər və II yarımildə qarşıda duran məsələlərdən danışdı.