Gözəllik və həqiqət şairi Molla Pənah Vaqif

Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinin vacibliyini bildirmişlər. Azərbaycan Respublikasını Təhsil nazirinin Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında  7 aprel 2017-ci il tarixli 193 nömrəli əmrinə əsasən məktəbimizdə bir sıra tədbirlər keçirilmişdir. Belə ki, məktəb kitabxanasının təşəbbüsü ilə şairin əsərlər toplusunun oxusu keçirildi. Bununla yanaşı 19.12.2017-ci il tarixində ədəbiyyat müəllimi Abdullayeva Ülviyyənin təşkilatçılığı ilə Gözəllik və həqiqət şairi Molla Pənah Vaqif” adlı ədəbi-bədii qiraət gecəsi keçirildi. Aparıcıların dahi şairin həyat və yaradıcılığı haqqında verdiyi geniş məlumatla başlayan tədbir daha sonra VI sinif şagirdi Behbudov Şükürün sazda müşayiəti ilə V-IX sinif şagirdlərinin ifasında  Molla Pənah Vaqifin qoşma və təcnislərinin səsləndirilməsi ilə davam etdi. IX-XI sinif şagirdlərinin ifasında Vaqif və Vidadi arasında olan monoloq səhnələşdirildi. Sonda xatirə şəkli çəkildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi