Sən elə bir zirvəsən

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamıdır. O, dünya siyasətinə təsir etmək gücündə olan liderdir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi bacaran nadir şəxsiyyətdir.
Bu gün ulu öndərin anım günüdür. Məktəbimizdə ulu öndərin xatirəsinə həsr edilmiş bir sıra tədbirlər keçirildi. İlk dərs saatları Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunaraq onun ölkəmizin müstəqilliyi uğrunda gördüyü işlərdən danışıldı, məktəb kitabxanasının təşəbbüsü ilə dahi şəxsiyyət haqqında yazılmış kitabların oxusu təşkil olundu . Dərnək rəhbərləri Seyidova Pakizə və Məhərrəmova Afaqın birgə təşkilatçılığı ilə “ Sən elə bir zirvəsən” adlı anım tədbiri keçirildi. Azərbaycan Dövlət Himni ilə açıq elan olunan tədbirdə tarix müəllimi Abdullayeva Familə Azərbaycanın qurucusu olan ulu öndər Heydər Əliyevin əvəzolunmaz həyat yolu haqqında tədbir iştirakçıları və şagirdlərə dolğun tarixi məlumatlar çatdırdı. Ümummilli liderə həsr edilmiş seirlər səsləndi, nəğmələr oxundu. Slaydfilmin təqdimatından sonra direktor A.M.İsmayılova dahi şəxsiyyətin keçdiyi şanlı ömür yolundan danışaraq böyüməkdə olan gənc nəsli onun yolunu davam etdirməyə səslədi.
Bununla yanaşı bu gün ümummilli liderin anım gününə həsr edilmiş rəsm və inşa-yazı müsabiqəsi keçirildi.