Açıq dərs

07.12.2017-ci il tarixində məktəbimizin ibtidai sinif müəllimi Əhmədova Arzu 3a sinfində riyaziyyat fənnindən  “1000 dairəsində toplama və çıxma əməllərinə aid ümumiləşdirici dərs” mövzusunda açıq dərs keçirdi. Dərsin motivasiyası Qarabağ bölgəsinin ətraf rayonları arasınadkı məsafəni tapmaq üçün xəritədən istifadə etməklə sadə və mürəkkəb məsələlər qurmaq idi. Daha sonra şagirdlər uyğun mərtəbə vahidləri üzərində məsələ həll edərək yeni onluq və yüzlük yaranan halda üçrəqəmli ədədlərin toplanması və çıxılması yollarını müəyyən etdilər.  Uyğun mövzuda tədqiqatın aparılması üçün qruplara bölünmüş şagirdlərə iş vərəqləri paylandı və müəyyən edilmiş vaxt ərzində tapşırıqlar yerinə yetirildi. Tədqiqat müzakirələrinin nəticələri ümumiləşdirildi və meyarlara əsasən qiymətləndirilmə aparıldı. Sonda ev tapşırığı verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi