Həmrəylik gücümüzdür

QHT Şurasının maliyyə dəstəyi ilə, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi 2017-ci il qrant müsabiqəsinə təqdim olunan "İslam Həmrəyliyi" layihəsi çərçivəsində ”Həmrəylik gücümüzdür!” mövzusunda maarifləndirmə işinin təşkili ilə bağlı 02.12.2017-ci il tarixində məktəbimizdə bilik yarışması təşkil olundu. Məkkə, Hicri və La ilahə illəllah komandaları arasında aparılan maarifləndirici yarışmada məktəbimizin VII, IX və X sinifləri iştirak edirdilər.İslam və elmlə bağlı verilən 20 sualın 16-na “Hicri”,17-nə “Məkkə” komandası cavablandırmışdır. 20 sualı dolğun cavalandıran “La ilahə illəllah" komandası yarışmanın qalibi olmuşdur. Qonaq qismində İslam bankı üzrə beynəlxalq mütəxəssis Anar Yusifzadə və Elmlər Akademiyasının Şərqşünaslıq fakültəsinin əməkdaşı Əlivüsal Məmmədov iştirak etdilər.