Gənc kimyaçılar və Gənc fiziklər

Məktəbimizdə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələrinin məktəbdaxili mərhələsi keçirildi.

 Məktəblilərin fizika  və kimya fənlərinə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqədə  IX, X, XI sinif şagirdləri  iştirak etdilər. Məktəbdaxili mərhələdə şagirdlər 2 saat ərzində təqdim olunmuş test tapşırıqlarını cavablandırdılar. Gənc kimyaçılar: Məmmədova Günəş(9c), Alcanov Murad(10a), Quliyev Firdovsi(11b)  və Gənc fiziklər: Məmmədova Gülmir(9c) Osmanzadə Nərmin(10a) Xankişiyev Nicat(11c) fərqlənərək növbəti mərhələyə keçid aldılar.

 Növbəti mərhələyə vəsiqə qazanan  şagirdlərimizə uğurlar arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi