İbtidai siniflərdə monitorinq
“Təhsildə keyfiyyət ili” çərçivəsində məktəbin fəaliyyət planına əsasən ibtidai təhsil pilləsinin təhlilinin aparılması məqsədi ilə II siniflərdə Azərbaycan dili və riyaziyyat fənləri üzrə yoxlama aparıldı.Şagirdlər tərtib olunmuş test suallarını müəyyən vaxt ərzində cavablandırdılar. Nəticələr ümumiləşdirilərək məktəb rəhbərliyi və ibtidai sinif müəllimləri ilə birgə müzakirə olundu. Şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi ilə strateji istiqamətlər müəyyənləşdirildi.