“Ölkəmizi tanıyaq” tur-aksiyası

19 noyabr tarixində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi rayon məktəblilərinin Lənkəran,Masallı,Astaraya səfəri başa çatdı. Səfərdən qayıdan məktəbliləri Heydər Əliyev adına istirahət parkında valideynləri və Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri qarşıladılar.Qarşılanma mərasimində çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı. Bildirdi ki, turun keçirilməsində əsas məqsəd şagirdlərə ölkəmizin rayonlarını, tarixi abidələrini və muzeylərini daha da yaxından tanıtmaqdır. Məktəbimizin “25 il Azərbaycan naminə” adlı intellektual yarışmada III yerə layiq görülmüş komandanın kapitanı 10b sinif şagirdi Rüstəmli İsmayıl və Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə “Yeni Azərbaycan Partiyası Azərbaycanın işıqlı gələcəyidir” adlı , bədii qiraət müsabiqəsinin qalibi 9f sinif şagrdi Abıyeva Xəyalə bu aksiyaya qatılaraq məktəbimizi təmsil etdilər.Valideynlər bu cür aksiyanın gələcək nəslin vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdılar. Aksiyanın təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Səfərdən xoş təəssüratla qayıtdıqlarını deyən məktəblilər isə belə aksiyaların onların dünyagörüşünə böyük təsir göstərdiyini bildirdilər.Sonda xatirə şəkilləri çəkildi.
Aksiya iştirakçısı Abıyeva Xəyalə və Rüstəmli İsmayıl gəzinti haqqında qələmə aldığı məlumatları, keçirdiyi xoş hissləri məktəbli dostları ilə bölüşərək onlarda da vətənpərvərlik duyğuları oyatdı.